Azərbaycan çaylarında mövcud vəziyyət açıqlanıb

Azərbaycan çaylarında mövcud vəziyyət açıqlanıb
# 18 yanvar 2016 10:57 (UTC +04:00)

Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb.

ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-210, Kiçik Qafqazın çaylarında 100-190, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-110 faizini təşkil edir.

Tranzit çaylara gəlincə, bu gün Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 197 m3/s olmaqla ongünlük normanın 123 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 119 m3/s olmaqla ongünlük normanın 74 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 93 m3/s olmaqla, ongünlük normanın 139 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 60 m3/s təşkil edərək ongünlük normanın 90 faizinə bərabər olub.

Yanvarın 18-də Kür çayının aşağı axınında suyun səviyyəsində isə əsasən azalma müşahidə olunub. Kür çayının Surra məntəqəsində 1, Şirvanda və Bankədə 2, Salyanda 5 sm azalma, Araz çayının Novruzlu məntəqəsində isə 2 sm artım qeydə alınıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 443 sm (2015-ci il yanvarın 18-də 378 sm), Şirvanda 325 sm (2015-ci il yanvarın 18-də 253 sm), Salyanda 281 sm (2015-ci il yanvarın 18-də 237 sm), Bankədə 217 sm (2015-ci il yanvarın 18-də 211 sm), Araz çayının Novruzlu məntəqəsində isə 178 sm (2015-ci il yanvarın 18-də 130 sm) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR