“Toyota” texniki problemlə əlaqədar 1,43 milyon avtomobili geri çağırır

“Toyota” texniki problemlə əlaqədar 1,43 milyon avtomobili geri çağırır
# 29 iyun 2016 08:24 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə – APA-Economics. Yaponiyanın “Toyota” korporasiyası “Prius” və “Lexus CT200h” markaları da daxil olmaqla, bütün dünya üzrə 1,43 milyon avtomobilini geri çağırır.

APA-Economics” “Kiodo” agentliyinə istinadən xəbər verir ki, təkcə Yaponiyada 743 min, Şimali Amerika və Meksikada 495 min, Avropada isə 141 min avtomobili geri çağırılacaq.

Avtomobillərin geri çağırılmasına səbəb kimi təhlükəsizlik yastıqlarının kortəbii olaraq açılması və bu nöqsan səbəbindən sürücü və sərnişinlərə təhlükə yaratma ehtimalı göstərilir.

Qeyd edək ki, “Toyota” şirkəti bəyan edib ki, avtomobillərdəki qüsur pulsuz olaraq aradan qaldırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR