2017-ci il dünyada “Turizmin davamlı inkişaf ili” elan edilib

2017-ci il dünyada “Turizmin davamlı inkişaf ili” elan edilib
# 25 may 2016 08:06 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Kolumbiyanın Medelin şəhərində keçirilən 21-ci sessiyası çərçivəsində qəbul edilən qətnaməyə əsasən 2017-ci il dünyada “Turizmin davamlı inkişaf ili” elan edilib. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, beynəlxalq davamlı turizm ilinin qeyd edilməsinin əsas məqsədi, turizm sənayesinin inkişafında davamlı turizmin rolunun artırılması, bu növ turizmin təbliğatının, eləcə də bu sahə üzrə maarifləndirmə işlərinin gücləndirilməsidir.

2017-ci il dünyada “Turizmin davamlı inkişaf ili” hökumətlər, BMT-nin aidiyyəti təşkilatları, digər beynəlxalq və regional təşkilatların birgə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək.

Nazirlikdən qeyd ediblər ki, “Turizmin davamlı inkişaf ili”nin Azərbaycanda qeyd edilməsi məqsədi ilə sözügedən təşkilatdan müvafiq müraciət məktubu göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR