Adam bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxılıb

Adam bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxılıb
# 24 may 2016 12:51 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində adam bıçaqlamaqda təqsirləndirilən Ruslan Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə R. Abbasov 4 il şərti olaraq azadlıqdan məhrum edilib. Həbsdə olan R. Abbasov məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, hadisə fevral ayında Bakıda baş verib. Bakı şəhər sakini İlqar Manaflıya bıçaqla xəsarət yetirmiş paytaxt sakini Ruslan Abbasov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR