Böyük Britaniyada yüzlərlə qaçqın uşaq itib

Böyük Britaniyada yüzlərlə qaçqın uşaq itib
# 04 sentyabr 2016 16:11 (UTC +04:00)

Bakı-APA. Son 5 ildə Böyük Britaniyaya valideynlərinin və yaxınlarının müşayiəti olmadan qaçqın qismində gələn yüzlərlə uşaq ölkə ərazisində itib.

APA-nın məlumatına görə, bu barədə “Independent” qəzeti Böyük Britaniya Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Son 5 ildə Böyük Britaniyaya yetkin insanların müşayiəti olmadan 10 minə qədər uşaq gəlib. Bu uşaqlar müharibə, yoxsulluq və ölkələrində təqib edilmələri səbəbindən qaçqın düşüblər. Bu uşaqlar əsasən uşaq evlərində və qoruyucu ailələrdə yerləşdirilib, sosial xidmət işçilərinə isə bu uşaqları diqqət mərkəzində saxlamaq tapşırılıb. Ancaq son 5 ildə 360 uşaq itib. Bu uşaqlardan 200-ü ilə 2 ildir ki, əlaqə saxlamaq mümkün olmayıb. Leyboristlər yaranmış duruma görə hakimiyyəti günahlandırır.

“Independent” qəzeti yazır ki, uşaqların itməsinin səbəblərindən biri insan alverçilərinin fəaliyyəti ilə bağlı ola bilər. Uşaqların bir qismi isə psixoloji travma və stress, o cümlədən hakimiyyətin onları deportasiya etməsindən qorxaraq qaçmağa cəhd göstərmiş ola bilər. “Evropol” kəşfiyyat agentliyi ümumən isə Avropa

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR