Nazir: "Gələn aydan Aktau logistik mərkəzi Azərbaycanda istehsal olunan məhsulların ixracına başlayır"

Nazir: "Gələn aydan Aktau logistik mərkəzi Azərbaycanda istehsal olunan məhsulların ixracına başlayır"
# 09 oktyabr 2015 09:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Yeni bazarlara çıxışın təmin edilməsi ilə bağlı reallaşdırılan tədbirlər çərçivəsində Qazaxıstanın Aktau şəhərində kənd təsərrüfatı və digər qida məhsullarının saxlanmasını və satışını təmin edəcək logistik mərkəz tikilib.

"APA-Economics"in məlumatına görə, bunu “Azərbaycan” qəzetində dərc olunan məqaləsində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib.

Nazirin sözlərinə görə, bu ilin noyabr ayından etibarən logistik mərkəz vasitəsilə Azərbaycanda istehsal olunan meyvə, tərəvəz və digər qida məhsulları Qazaxıstanın qərb regionlarına ixrac olunacaq.

"Digər regionlarda da belə logistik mərkəzlərin yaradılması istiqamətində tədbirlər həyata keçirilir", - deyə Ş. Mustafayev qeyd edib.

Nazir xatırladıb ki, dövlətin maliyyə dəstəyi, İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə “Azərsun Holdinq” MMC tərəfindən həyata keçirilən layihənin dəyəri 20 mln. dollardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR