"Amrahbank" "MasterCard Money Send" xidmətini təklif edir

"Amrahbank" "MasterCard Money Send" xidmətini təklif edir
# 29 dekabr 2015 07:30 (UTC +04:00)

Bakı - APA-Economics. "Amrahbank" ASC "MasterCard" kartlarının sahiblərinə yeni bir xidmət “MasterCard Money Send” beynəlxalq pul köçürməsini təqdim edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, artıq “Amrahbank”ın “MasterCard Standard”, “MasterCard Gold”, “MasterCard Platinum” və “Maestro” kart sahibləri həm Azərbaycan, həm də bir sıra digər ölkələrin banklarının “MasterCard” beynəlxalq ödəniş sisteminin kartlarına asanlıqla pul köçürə bilərlər: “Dəyərli müştərilərimiz “MasterCard Money Send” beynəlxalq pul köçürməsi xidməti vasitəsi ilə kartdan karta pul köçürməsi üçün istənilən vaxt, 24/7 rejimində, bankın filiallarına yaxınlaşmadan bankomat şəbəkəmizdən istifadə edərək bu xidmətdən yararlana bilərlər”.

“MasterCard MoneySend” beynəlxalq pul köçürmələri Albaniya, Polşa, Macarıstan, Rumıniya, İsrail, Belarus, Rusiya, Qazaxıstan, Serbiya, Bosniya Hersoqovina, Bolqarıstan, Makedoniya, Sloveniya, Slovakiya, Xorvatiya, Malta, Türkiyə, Kipr, Moldova, Ukrayna, Çexiya, Çernoqoriya, Gürcüstan, BƏƏ, Böyük Britaniya, ABŞ kimi ölkələrin ərazisində yerləşən bankların “MasterCard” və “Maestro” kartlarına və Azərbaycanda fəaliyyət göstərən bütün bankların “MasterCard” və “Maestro” kartlarını əhatə edir.

Ətraflı məlumat üçün “Amrahbank”ın 987 saylı Məlumat Mərkəzinə, www.amrahbank.com/az internet saytına və ya www.facebook.com/Amrahbank.ASC rəsmi facebook səhifəsinə müraciət edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR