Nardaranda oğurluğa cəhdin qarşısı alınıb

Nardaranda oğurluğa cəhdin qarşısı alınıb
# 07 mart 2016 10:17 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Nardaranda daha bir oğurluq faktının üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, martın 5-də Nardaran qəsəbəsində əvvəllər məhkum olunan 1973-cü il təvəllüdlü Zaman Talıbov, 1981-ci il təvəllüdlü Namiq Hüseynov və Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Saleh Məmmədov yeni magistral yolun kənarında "Azəriqaz" MMC-yə məxsus 76 mm. diametrlik 30 metr uzunluğunda istifadəyə yararsız qaz borusunu kəsib oğurlayarkən tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR