Bakı-Quba yolunda maşın körpüdən aşıb, xəsarət alan var

Bakı-Quba yolunda maşın körpüdən aşıb, xəsarət alan var
# 15 dekabr 2015 06:49 (UTC +04:00)

Siyəzən. Vəli Turan – APA. Bu gün Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, magistralın 115-ci km-də, Siyəzən Gilgilçay qəsəbəsi ərazisindən keçən hissəsində Ağsu rayon sakini, 1976-cı il təvəllüdlü Şirinov Şahvələd Saməddin oğlunun idarə etdiyi “Ford” markalı avtomaşın körpüdən aşıb. Qəza nəticəsində sürücü müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib, vəziyyəti stabildir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR