Beyləqanda ötən gecə 3 mağazanı yaran maskalı şəxslər tutulub

Beyləqanda ötən gecə 3 mağazanı yaran maskalı şəxslər tutulub
# 16 noyabr 2015 12:36 (UTC +04:00)

Beyləqan. Ziya Əmirxanlı - APA. Beyləqan rayonunda oğurluqda təqsirləndirilən beş nəfərdən ibarət qrup zərərsizləşdirilib.

Beyləqan rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən xəbərə görə, müxtəlif rayonların sakinləri olan həmin şəxslər ötən gecə Beyləqanda 3 mağazanı yarıblar.

Oğurluq zamanı onlar maskalı olublar.

Hazırda onların iştirak etdiyi oğurluq faktları ilə bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR