SOCAR oktyabrda neft hasilatını 3% artırıb

SOCAR oktyabrda neft hasilatını 3% artırıb
# 24 noyabr 2015 12:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin oktyabr ayında SOCAR tərəfindən 695 min ton neft hasil edilib.

APA-Economics”in SOCAR-ın hesabatına istinadən verdiyi məlumata görə, bu, 2014-cü ilin oktyabr ayı ilə müqayisədə 1,96% azdır. Bu ilin sentyabr ayı ilə müqayisədə isə SOCAR neft hasilatını 2,99% çoxdur.

Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 712,3 min ton, fevral ayında 641,9 min ton, mart ayında 717,2 min ton, aprel ayında isə 684,2 min ton, may ayında 706,5 min ton, iyun ayında 675,5 min ton, iyul ayında 702,5 min ton, avqust ayında 699,2 min ton, sentyabr ayında isə 674,8 min ton neft hasil edilib.

Bu ilin yanvar-oktyabr aylarında ümumilikdə 6 909,1 min ton neft hasil edilib ki, bu da 2014-cü ilin doqquz ayı ilə müqayisədə 1,49% azdır.

Bu ilin oktyabr ayı ərzində ölkə üzrə 3 558 min ton neft hasil edilib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 0,89% azdır. Bu ilin sentyabr ayı ilə müqayisədə isə bu rəqəm 1,63% çoxdur.

Qeyd edək ki, bu ilin yanvar ayında ölkə üzrə 3 667,6 min ton, fevral ayında 3 293,0 min ton, mart ayında 3 722,1 min ton, aprel ayında isə 3 549,3 min ton, may ayında 3426,3 min ton, iyun ayında isə 3314,0 min ton, iyul ayında 3 531,9 min, avqust ayında isə 3 387,0 min, sentyabr ayında isə 3 501 min ton neft hasil edilib

Bu ilin yanvar-oktyabr aylarında ölkə üzrə ümumilikdə 34 950,2 min ton neft hasil edilib ki, bu da 2014-cü ilin ilk on ayı ilə müqayisədə 2,30% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR