Akademik Nadir Seyidovla vida mərasimi AMEA-nın Əsas binasında olacaq

Akademik Nadir Seyidovla vida mərasimi AMEA-nın Əsas binasında olacaq
# 06 oktyabr 2015 08:35 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün saat saat 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əsas binasında AMEA-nın həqiqi üzvü Nadir Seyidovla vida mərasimi keçiriləcək. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, mərhum alim II Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, AMEA-nın həqiqi üzvü Nadir Seyidov dünən 84 yaşında vəfat edib. Dünya şöhrətli Azərbaycan alimi, yüksək molekulyar birləşmələr və neft kimyası məktəbinin korifeylərindən hesab olunan N. Seyidov 1932-ci il aprelin 28-də Naxçıvanda anadan olub.

O, Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirəndən sonra namizədlik, daha sonra doktorluq dissertasiyası müdafiə edib, ölkədə ən gənc elmlər doktorlarından biri olub. 1989-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilib.

N. Seyidov “Əməkdar Elm Xadimi” adına layiq görülüb, “Şərəf” və “Şöhrət” ordenləri ilə, həmçinin “Amerika Şərəf medalı” ilə təltif edilib. Alimin elmə verdiyi böyük töhfələrinə görə ona Prezident təqaüdü təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR