Hikmət Babaoğlu: "Qarşıdakı hədəflərə çatmaq üçün Konstitusiya islahatları zəruridir"

Hikmət Babaoğlu: "Qarşıdakı hədəflərə çatmaq üçün Konstitusiya islahatları zəruridir"
# 20 sentyabr 2016 17:24 (UTC +04:00)

Hikmət Babaoğlu, millət vəkili

Mövzu: Azərbaycan referendum ərəfəsində

- Dünyada hər bir ölkənin, beynəlxalq təşkilatların hədəfləri var. Bu baxımdan, Azərbaycan öz milli məqsədlərinə çatmaq üçün fəaliyyət göstərir. Məhz bu milli hədəflərə çatmaq üçün Konstitusiyaya müvafiq dəyişikliklər təklif olunur.

- Referendum Aktının layihəsində əksini tapan məsələlər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək.

- Milli dövlətin təhlükəsizliyinin təmin edilməsi üçün hazırkı mərhələdə müvafiq tədbirlərin həyata keçirilməsi zəruri və prioritetdir. Nəzərə alsaq ki, hazırda regionda və dünyada olduqca mürəkkəb proseslər baş verir və bunlar milli dövlətlərin mövcudluğuna ciddi təhdidlər yaradır, o zaman qeyd edə bilərik ki, Referendum Aktının layihəsində təhlükəsizlik məsələlərinin yer alması milli dövlətimizin təhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyət daşıyır.

- Bu gün qürurla deyə bilərik ki, müstəqilliyimiz möhkəm təməllər üzərində qurulub. Prezidentimiz İlham Əliyev vurğulayıb ki, Azərbaycan öz müstəqilliyini təmin edib.

- Qarşıdakı hədəflərə çatmaq üçün Konstitusiya islahatları zəruridir. Bu dəyişikliklər bir çox sahələrdə yeni keyfiyyət standartının yaranmasına səbəb olacaq. Bütövlükdə isə Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər hüquqların etibarlı təminatçısı olacaq, idarəetmə sisteminin daha da təkmilləşməsinə mühüm töhfələr verəcək.

- Referenduma çıxarılan məsələlər sosial məzmunu ilə də diqqəti çəkir. Belə ki, Referendum Aktı layihəsində vətəndaşları maraqlandıran çoxsaylı məsələlər sırasında insan ləyaqətinin qorunması, özbaşınalıqdan müdafiə, fiziki və əqli qüsurlu şəxslərin hüquqlarının Konstitusiyada təsbit olunması, bank-maliyyə sisteminin idarə olunması və digər məsələlər də yer alır. Bu isə islahatların məhz dövlətçilik maraqlarına və xalqın mənafeyinə xidmət etdiyini göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR