Xızıda axtarışda olan şəxsin meyiti su kanalından tapılıb

Xızıda axtarışda olan şəxsin meyiti su kanalından tapılıb
# 27 avqust 2016 10:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Xızı rayonunda su kanalından meyit tapılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 26-da Samur-Abşeron su kanalının Xızı rayonunun Giləzi qəsəbəsi ərazisindən keçən hissəsində Şabran şəhər sakini Fərhad Orucovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Onun iyunun 6-da Şabran RPŞ tərəfindən itkin düşmüş kimi axtarışda olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR