“Bank VTB (Azərbaycan)” məktəbliləri təbrik edib - FOTO

“Bank VTB (Azərbaycan)” məktəbliləri təbrik edib - <span style="color: red;">FOTO
# 15 sentyabr 2015 07:36 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Bank VTB (Azərbaycan)” məktəbliləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edib.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, bu münasibətlə bank aztəminatlı ailələrdən olan 100 uşağa hədiyyələr təqdim edib.

Uşaqlara çanta, iş dəftərləri, gündəlik, albom, qələm, karandaş və digər məktəb ləvazimatları hədiyyə edilib. “Bank VTB (Azərbaycan)” tərəfindən məktəb dəstlərini 1-5-ci siniflərdə oxuyacaq şagirdlər alıb. Məktəbə ilk dəfə qədəm qoyanlar arasında sağlamlıq imkanları məhdud uşaqlar da var.

“Təhsil hər bir insanın uğurlu inkişafının əsasıdır. Hər bir uşağın məktəbə getməyi çox önəmlidir. “Bank VTB (Azərbaycan)” öz sosial siyasətində təhsilin dəstəyinə xüsusi yer ayırır və biz çox şadıq ki, bu şəkildə tədris prosesinə öz töhfəmizi verə bilirik. Mən bütün məktəbliləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edir və onlara dərslərində uğurlar arzulayıram”, - deyə bankın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR