SOCAR yanvarda neft hasilatını artırıb

SOCAR yanvarda neft hasilatını artırıb
# 24 fevral 2016 08:44 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar ayında SOCAR tərəfindən 647 min ton neft hasil edilib.


"APA-Economics" SOCAR-ın açıqladığı statistik göstəricilərə istinadən xəbər verir ki, bu, 2015-ci ilin yanvar ayı ilə müqayisədə 9,2% azdır. Ötən ilin dekabr ayı ilə müqayisədə isə SOCAR neft hasilatını 12% artırıb.

Bu ilin yanvar ayı ərzində ölkə üzrə 3 518,2 min ton neft hasil edilib ki, bu da əvvəlki ilin eyni ayı ilə müqayisədə 4,2% azdır. Ötən ilin dekabr ayı ilə müqayisədə bu rəqəm 4,t% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR