Gəncədə sərnişin avtobusu avtomobillə toqquşub

Gəncədə sərnişin avtobusu avtomobillə toqquşub
# 11 iyul 2016 10:39 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə sərnişin avtobusu ilə minik maşını toqquşub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.

Şəhərdə 1 saylı xətt marşrutu üzrə sərnişin daşın “Hyundai” markalı avtobusla “VAZ 2105” markalı avtomobilinin toqquşması nəticəsində avtomobildə olan qadın yüngül xəsarət alıb.

Xəstəxanaya çatıdırılan qadının vəziyyəti normal qiymətləndirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR