Dağıstanda partlayışda ölən terrorçulardan birinin azərbaycanlı olduğu açıqlanıb

Dağıstanda partlayışda ölən terrorçulardan birinin azərbaycanlı olduğu açıqlanıb
# 31 mart 2016 11:59 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Ötən gün Dağıstanın Tabasar rayonunda avtomobildəki partlayıcı qurğunun işə salınması nəticəsində ölən iki nəfərin birinin azərbaycanlı olduğu müəyyənləşib.

APA-nın “RIA Dagestan”a istinadən verdiyi məlumata görə, bu şəxsin Elçin Hacıyev olduğu bildirilir. Digər şəxsin isə Şeyxməhəmmədov soyadlı bir şəxs olduğu müəyyən edilib. Partlayışda ölən hər iki silahlı şəxsin qalıqları daha dəqiq məlumat üçün DNT analizinə göndəriləcək.


Hüquq-mühafizə orqanlarındakı mənbənin “İnterfax”a verdiyi məlumata görə, hər iki şəxs “Cənub” bandit dəstəsinin üzvüdür. İlkin məlumata əsasən onlar partlayıcı qurğunu quraşdırmaq üçün Dərbəndə getməyi planlaşdırıblar.

Xatırladaq ki, ötən gün Tabasar rayonunun Sirtıç kəndində nəzarət məntəqəsində hüquq-mühafizə orqanının əməkdaşları Dərbənd istiqamətində hərəkət edən şübhəli minik avtomobilini saxlamağa cəhd ediblər. Lakin sürücü onların tələbinə əməl etməyib. Qaça bilməyəcəklərini görən avtomobildəki şəxslərdən biri partlayıcı qurğunu işə alıb. Hadisə nəticəsində bir polis əməkdaşı ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR