Məktəblərdə istilik sistemi ilə bağlı mövcud vəziyyət açıqlanıb

Məktəblərdə istilik sistemi ilə bağlı mövcud vəziyyət açıqlanıb
# 26 yanvar 2016 08:53 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. 2015-2016-cı tədris ilində ölkədə fəaliyyət göstərən bütün ümumtəhsil məktəbləri istilik sistemi ilə təchiz olunub. Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, dövlət ümumtəhsil məktəblərinin 4,6 faizində mərkəzləşdirilmiş, 95,4 faizində isə fərdi istilik sistemi mövcuddur.

Məlumatda bildirilib ki, fərdi istilik sistemi ilə təmin olunmuş dövlət ümumtəhsil məktəblərinin 39,6 faizi bərk yanacaqdan, 26,0 faizi qazdan, 25,0 faizi maye yanacaqdan, 5,8 faizi elektrikdən və 3,6 faizi kombi sistemindən istifadə olunmaqla qızdırılır.

Qeyd olunub ki, qeyri-dövlət ümumtəhsil məktəblərinin 22,7 faizi mərkəzləşdirilmiş, 77,3 faizi isə fərdi kombi istilik sistemi ilə qızdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR