DİN Bakıda və Ağsuda baş vermiş qətl hadisələri barədə məlumat yayıb

DİN Bakıda və Ağsuda baş vermiş qətl hadisələri barədə məlumat yayıb
# 04 noyabr 2015 09:48 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Daxili İşlər Nazirliyi (DİN) Bakıda və Ağsuda baş vermiş qətl hadisələri barədə məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, noyabrın 3-də Sabunçu rayonunun Məhəmmədi qəsəbəsində qəsəbə sakini Tahir Mürsəlov qısqanclıq zəminində arvadı Nigara bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş Nigar orada ölüb.

Sabunçu rayon 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Mürsəlov tutulub.

Noyabrın 3-də Ağsu rayonunun Ərəbsarvan kəndində yaşayan Elnurə Eyyubovanın evinə gəlmiş keçmiş əri Kavus Hüseynov münaqişə zəminində bıçaqla ona xəsarət yetirib. Nəticədə E.Eyyubova hadisə yerində ölüb.


Ağsu rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K.Hüseynov saxlanılıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR