Zərərli təsir göstərə bilən reklamın bağça və ümumi təhsil müəssisələrindən 150 metrdən az məsafədə yerləşdirilməsinə yol verilməyəcək

Zərərli təsir göstərə bilən reklamın bağça və ümumi təhsil müəssisələrindən 150 metrdən az məsafədə yerləşdirilməsinə yol verilməyəcək
# 05 mart 2016 23:37 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Yetkinlik yaşına çatmayanlara zərərli təsir göstərə bilən reklamın məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazisindən hansı məsafədən yaxın yerləşdirilməsinə yol verilməməsi haqqında” qərar qəbul edib.

APA-nın məlumatına görə, qərara əsasən reklamlarla bağlı yeni qadağa müəyyən edilib.

Başqa sözlə, yetkinlik yaşına çatmayanlara zərərli təsir göstərə bilən reklamın məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazisindən 150 metrdən az məsafədə yerləşdirilməsinə yol verilməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR