Müsavatın deputatlığa namizədlərindən 3-ü seçkidə iştirakını dayandırmaqdan imtina edib

Müsavatın deputatlığa namizədlərindən 3-ü seçkidə iştirakını dayandırmaqdan imtina edib
# 29 oktyabr 2015 12:37 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının 79 saylı İmişli Seçki Dairəsindən deputatlığa namizədi İltizam Əkbərli deyib. O, birmənalı şəkildə seçkidə iştirakdan imtina etməyəcəyini vurğulayıb.

Deputatlığa namizədliyini geri götürməkdən imtina edənlər sırasında adı çəkilən Müsavat Partiyasının 115 saylı Şəki Kənd İkinci Seçki Dairəsindən deputatlığa namizədi İkram İsrafil isə telefon zənglərinə cavab vermir.

Bu gün Müsavat Partiyasının 55 sayla Xaçmaz şəhər Seçki Dairəsindən deputatlığa namizədi Söhrab Əmirov da “Facebook” sosial şəbəkəsindəki səhifəsində namizədliyini geri götürməyəcəyini, seçki marafonunda iştirakını davam etdirəcəyini bildirib.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı APA-ya açıqlamasında deyib ki, bu şəxslərin oktyabrın 31-nə qədər vaxtı var: “Ona görə də indi onların hansı sözü demələri, hansı izahat vermələri mənim üçün o qədər maraqlı deyil. Güman edirəm ki, oktyabrın 31-nə qədər həmin şəxslər namizədliklərini geri götürməklə bağlı ərizələrini təqdim edəcəklər. Ərizələrini təqdim etməyəcəklərsə, o halda partiyada onların məsələsinə baxıla bilər. İndiki halda vaxt var. Qərar qəbul olunub, hər kəsdən qərara hörmətlə yanaşmaq, Nizamnamə çərçivəsində hərəkət etmək tələb olunub və belə də olacaq”.

Qeyd edək ki, Müsavat Partiyasının ümumilikdə 25 namizədi qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR