Azərbaycan və Kosta-Rikanın xarici işlər nazirləri arasında görüş olub - FOTOSESSİYA - VİDEO

Azərbaycan və Kosta-Rikanın xarici işlər nazirləri arasında görüş olub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 20 oktyabr 2015 11:57 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Bu gün Azərbaycan Xarici İşlər Nazirliyində Bakıda səfərdə olan Kosta-Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonsales Sanzla nazir Elmar Məmmədyarov arasında görüş keçirilib.

APA-nın məlumatına görə, görüş geniş tərkibli formatda baş tutub. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə kosta-rikalı nazirə məlumat verilib. Həmçinin sərmayə qoyuluşu, turizm, təhsil sahəsində əməkdaşlıq müzakirə edilib. Onlar iki ölkə arasında əməkdaşlıqla bağlı potensialın yüksək olduğu sahələr barədə fikir mübadiləsi aparıblar.

Sonra xarici işlər nazirləri arasında məsləhətləşmələrə dair sənəd imzalanıb.

Xatırladaq ki, bu, Manuel Qonsales Sanzın Azərbaycana ilk səfəridir. Səfər ötən gün başlayıb və oktyabrın 21-nə kimi davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR