Azərbaycanın “Detal Alüminium” şirkəti Rusiya bazarına 30 min ton metalyayma məhsulu ixrac edəcək - FOTOSESSİYA

Azərbaycanın “Detal Alüminium” şirkəti Rusiya bazarına 30 min ton metalyayma məhsulu ixrac edəcək - <span style="color: red;">FOTOSESSİYA
# 16 noyabr 2015 09:54 (UTC +04:00)

Bakı. Ülkər Qasımova – APA. Moskva şəhərində “Metal Expo-2015” sərgisi keçirilib.

APA-nın məlumatına görə, sərgidə Azərbaycanla yanaşı, Rusiya, Almaniya, İtaliya və ÇXR-nın 560-dan çox qara və əlvan metal istehsalçıları öz məhsullarını nümayiş etdirib.

Tikinti, maşınqayırma sənayesi, nəqliyyat, metallurgiya, mühəndislik, metal treyderləri və s. sektorlardan 25-30 min nəfər sərgini ziyarət edib.


Azərbaycanda fəaliyyət göstərən “Detal Alüminium” şirkəti sərgidə stend açaraq, alüminium yarımfabrikat məhsullarını nümayiş edib. Sərgi iştirakçılarına “Detal Alüminium”un istehsal imkanları və məhsul çeşidləri haqqında ətraflı məlumat təqdim olunub.

Tədbir çərçivəsində alüminium istehsalçıları, təchizatçıları və istehlakçılarının görüşü də keçirilib, Rusiya və MDB Metal Sənayeləri Arasında Korporativ Kommunikasiya-2015 adlı konfrans baş tutub. Metallurgiya sənayesi üçün mütərəqqi materiallar, texnologiya və avadanlıqlar haqqında dinləmələr keçirilib.



Sərgi çərçivəsində həmçinin ”Detal Alüminium” şirkəti ilə Rusiyanın “Alfa–Metal” şirkəti arasında 3 illik əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Azərbaycan şirkəti Rusiya bazarına 30 min ton metalyayma məhsulu ixrac edəcək. Məhsullar əsasən boyalı alüminium rulon və lövhələrdən ibarət olacaq. İndiki qiymətlər səviyyəsində bu müqavilənin dəyəri 70 milyon dollar məbləğindədir. Lakin əmtəə birjalarında metal qiymətləri artsa, müvafiq olaraq müqavilənin dəyəri də artacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR