İFC: Səhmdarı olduğumuz maliyyə təşkilatlarına yardım edəcəyik

İFC: Səhmdarı olduğumuz maliyyə təşkilatlarına yardım edəcəyik
# 26 noyabr 2015 08:19 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycandakı tərəfdaşlarını investisiya və texniki yardım sahəsində dəstəkləyəcək.

APA-Economics”in məlumatına görə, bunu İFC-nin Azərbaycan üzrə daimi nümayəndəsi Aliyə Əzimova deyib.

Azərbaycanın bank sektorunda böyük portfelləri olduğunu deyən A. Əzimova bildirib ki, hazırda İFC bank və qeyri-bank təşkilatları daxil olmaqla, ümumilikdə 10-a yaxın maliyyə institutu ilə işləyir: “Ümumiyyətlə planlar belədir ki, hal-hazırda həm investisiya baxımından, həm də texniki yardım sahəsində partnyorlarımızı dəstəkləyəcəyik. İndiki şəraitdə əməliyyat, bazar, kredit risklərinin idarə olunması çox vacib məsələlərdəndir. Bankların institusional təkmilləşdirilməsi ilə bağlı işlər aparılır və aparılacaq”.

A. Əzimova qeyd edib ki, bankların kiçik və orta sahibkarlarla bağlı yeni maliyyə məhsullarının bazara çıxarılması məsələsi də gündəmdədir.

İFC rəsmisi vurğulayıb ki, bu sahələrdə də tərəfdaş maliyyə müəssisələrinə dəstək davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR