Bakı-Qazax magistralında mikroavtobusun aşmasına yolun buz bağlaması səbəb olub - YENİLƏNİB

Bakı-Qazax magistralında mikroavtobusun aşmasına yolun buz bağlaması səbəb olub - <span style="color: red;">YENİLƏNİB
# 27 yanvar 2016 09:11 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı - APA. Bakı-Qazax magistralında mikroavtobusun aşmasına yolun buz bağlaması səbəb olub.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistralının 167-ci kilometrliyində qeydə alınıb.

Ağdam rayon sakini, 1962-ci il təvəllüdlü Yusif Teymur oğlu Abdullayevin idarə etdiyi “Ford” markalı, 10 XC 133 dövlət nömrə nişanlı mikroavtobus Bakı istiqamətində hərəkətdə olarkən aşıb. Nəticədə mikroavtobusda olan 10 nəfər yüngül xəsarət alıb. Hadisə yerinə 5 təcilli tibbi yardım maşını gəlib. Sərnişinlərə yerində tibbi yardım göstərilərək onlar buraxılıb.

Mikroavtobusun aşmasına yolun buz bağlaması səbəb olub.

Faktla bağlı yol polisi tərəfindən araşdırma aparılır.

***

saat 10.45

Hacıqabul. Əlibəy Zeynallı – APA. Bakı-Qazax magistralında mikroavtobus aşıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında magistralın 155-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində qeydə alınıb.

İlkin məlumatlarda 12 nəfərin xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR