İŞİD liderinin dəftərxana rəhbəri məhv edilib

İŞİD liderinin dəftərxana rəhbəri məhv edilib
# 29 dekabr 2015 18:25 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın aviasiyası İraqın Mosul şəhərində İŞİD lideri Əbu Bəkr əl Bağdadinin dəftərxana rəhbərini məhv edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Mosulun Əl Maliyə rayonunda, içərisində Tahsin Vafiq Hişam adlı terrorçu və onu müşayiət edən dörd silahlının olduğu avtomobilə hava zərbəsi endirilib.

Nəticədə terrorçuların beşi də məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR