ABŞ ilk dəfə olaraq İŞİD-ə qarşı “Apache” döyüş helikopterlərindən istifadə edib

ABŞ ilk dəfə olaraq İŞİD-ə qarşı “Apache” döyüş helikopterlərindən istifadə edib
# 14 iyun 2016 00:02 (UTC +04:00)

Bakı-APA. ABŞ ilk dəfə olaraq İŞİD-ə qarşı “Apache” döyüş helikopterlərindən istifadə edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ müdafiə naziri Eşton Karter bəyan edib.

“Terrorçulara qarşı ilk dəfə “Apache” döyüş helikopterlərindən istifadə olunub. İraqın Mosul şəhərində yerləşən hədəflər məhv edilib”, deyə E.Karter bildirib.

Mosul şəhəri 2014-cü ildən bəri İŞİD terror qruplaşmasının nəzarətindədir.

Qeyd edək ki, E.Karter NATO ölkələri müdafiə nazirlərinin görüşündə iştirak etmək üçün Brüsselə yola düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR