Yasamal rayonundakı küçələrdən biri qısa müddətlik bağlanır

Yasamal rayonundakı küçələrdən biri qısa müddətlik bağlanır
# 23 fevral 2016 06:57 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bakının Yasamal rayonunda yerləşən küçələrdən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə "APA-Economics"ə "Azəryolservis" ASC-dən məlumat verilib.

Bildirilir ki, bu gün saat 10:00-dan etibarən "Azəryolservis” ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq Məhəmməd Xiyabani küçəsinin Həsən bəy Zərdabi və Abbas Mirzə Şərifzadə küçələri arasında yerləşən hissəsi saat 12:00-dək avtonəqliyyat vasitələrinin hərəkəti üçün bağlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR