Lavrov Əsədin hakimiyyəti tərk edəcəyi barədə yayılan məlumatları uydurma adlandırıb

Lavrov Əsədin hakimiyyəti tərk edəcəyi barədə yayılan məlumatları uydurma adlandırıb
# 23 oktyabr 2015 18:20 (UTC +04:00)

Bakı-APA. Rusiya xarici işlər naziri Sergey Lavrov Vyanada keçirilən danışıqlarda Suriya prezidenti Bəşər Əsədin hakimiyyəti tərk edəcəyinə dair razılaşmanın əldə olunmasını uydurma adlandırıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu S.Lavrov Türkiyə, Səudiyyə Ərəbistanı XİN rəhbərləri və ABŞ-ın dövlət katibi ilə görüşündən sonra bəyan edib.

“Biz mövqeyimizi bir daha təsdiqləmişik. Əgər söhbəti yalnız rejimin dəyişdirilməsi və konkret fiqur ətrafında aparsaq, biz bunu artıq İraqda və Liviyada keçmişik. Bu ölkələrin aqibəti yadımızdadır, hər iki dövlətdə böhran davam etməkdədir. Bu səbəbdən bizim mövqeyimiz bəsitdir. Suriyanın, onun prezidentinin və hər hansı bir şəxsiyyətin taleyini xalq həll etməlidir”, deyə S.Lavrov bildirib.

Bu gün Avstriyanın paytaxtı Vyanada ABŞ, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanı xarici işlər nazirlərinin görüşü keçirilib. Suriya münaqişəsinə həsr olunan dördtərəfli görüşdə Con Kerri, Sergey Lavrov, Firudin Sinirlioğlu və Ədəl əl-Cubeyr iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR