"Trabzonspor" klubunun baş məşqçisi istefa verib

"Trabzonspor" klubunun baş məşqçisi istefa verib
# 11 noyabr 2015 17:13 (UTC +04:00)

Bakı-APA. “Trabzonspor” baş məşqçi Şota Arveladze ilə yollarını ayırıb.

Apasport.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı açıqlama yayıb.

Mövsümün əvvəlində komandanın sükanı arxasına gətirilən gürcü mütəxəssislə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib. Buna səbəb “bordo-mavilər”in bumövsümkü zəif çıxışıdı.

Geridə qalan 11 tur ərzində 14 xal toplayan “qaradənizlilər” 12-ci sırada qərarlaşıb.

Maraqlıdı ki, bu istefa klub prezidenti İbrahim Hacıosmanoğlunun rəhbərlik etdiyi dövrdə artıq 5-ci belə haldı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR