Obama terrorla mübarizədə qətiyyətliliyin daha da gücləndiyini bəyan edib

Obama terrorla mübarizədə qətiyyətliliyin daha da gücləndiyini bəyan edib
# 21 noyabr 2015 08:50 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Malidəki terror hücumu terrorun necə bəla olduğunun daha bir nümunəsidir”.

APA-nın “Reuters”-ə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Barak Obama Malayziyada keçirilən regional sammitdə çıxışında deyib.

Onun sözlərinə görə, silahlı şəxslərin Malinin paytaxtı Bamako şəhərində hotelə hücumu terrora qarşı mübarizədə daha qətiyyətli olmağa təkan verir: “Birləşmiş Ştatlar dinc əhaliyə hücum edənlərə qarşı hər zaman qətiyyətli olacaq”.

Obama həmçinin hotelə hücum zamanı ABŞ vətəndaşının öldüyünü də təsdiqləyib.

Qeyd edək ki, ötən gün silahlı şəxslərin Mali paytaxtında hotelə hücum zamanı 3 silahlı şəxs də daxil olmaqla 21 nəfər ölüb, 7 nəfər yaralanıb. Hücum zamanı silahlı şəxslər oteldəki 170 nəfəri girov götürüblər. “Əl-Qaidə” ilə bağlılığı olan “Əl-Murabitoun” terror qruplaşması hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR