Nazir müavini: "Bəzi gənclər təşkilatlarının adını yalnız qrant layihələri elan olunanda eşidirik"

Nazir müavini: "Bəzi gənclər təşkilatlarının adını yalnız qrant layihələri elan olunanda eşidirik"
# 01 fevral 2016 09:21 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. "Azərbaycanda aparılan iqtisadi islahatlarla bağlı qrant layihələrinə az pul xərcləməklə, çox iş görülməsinə nail olmalıyıq".

APA-nın məlumatına görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib. Nazir müavini qeyd edib ki, Azərbaycan gənclərinin bütün sahələrdə fəallığı, yeni ideyaları dövlət tərəfindən dəstəklənir və bu proses davam edəcək. Onun sözlərinə görə, Azərbaycanda hazırda 300-dən artıq gənclər təşkilatı olsa da, bunlardan bəziləri fəaliyyətsizdir: "Təəssüflər olsun ki, bəzi təşkilatların adını yalnız qrant layihəsi elan olunanda eşidirik. Fəal təşkilatlar çox olsa da, fəallığı ilə seçilməyən təşkilatlar da var. Biz bütün gəncləri inkişaf strategiyası çərçivəsində yeni ideyalarını ortaya qoymağa çağırırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR