Ermənistanda təzyiqlərə məruz qalan müxalifətçi Azərbaycana qaçıb - VİDEO

Ermənistanda təzyiqlərə məruz qalan müxalifətçi Azərbaycana qaçıb - <span style="color: red;">VİDEO
# 17 sentyabr 2015 12:15 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib.

APA-nın məlumatına görə, V. Martirosyan rəhbərlik etdiyi müxalif yönümlü “Milli Azadlıq Hərəkatı” təşkilatının fəaliyyətinə görə Ermənistan Respublikasının dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərinin təzyiqlərinə məruz qalıb.

O, özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq, Azərbaycana gəlib və siyasi sığınacaq istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR