Gəncədə kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub

Gəncədə kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub
# 30 dekabr 2015 12:52 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə inzibati binanın yaxınlığında 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibət ilə kənd təsərrüfatı və ərzaq məhsulları satış yarmarkası keçirilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, yarmarkada 30-dan çox müəssisə və şirkət alıcılara bazar qiymətindən aşağı ərzaq, un məmulatları, kənd təsərrüfatı məhsulları təqdim ediblər. Həmçinin fərdi şəxslər tərəfindən də yarmarkaya meyvə- tərəvəz məhsulları çıxarılıb.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev jurnalistlərə bildirib ki, min nəfər Qarabağ əlili və şəhid ailəsinə 25 manatlıq ət, yağ, toyuq və digər ərzaq məhsullarından ibarət bayram səbəti verilib. Bundan başa 2 min nəfərdən çox aztəminatlı ailə və şəhərin təmizliyi ilə məşğul olan kommunal işçilərə də bayram sovqatı təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR