Azərbaycan neft hasilatı ilə bağlı proqnozu 1 mln. ton artıqlaması ilə yerinə yetirib

Azərbaycan neft hasilatı ilə bağlı proqnozu 1 mln. ton artıqlaması ilə yerinə yetirib
# 21 oktyabr 2015 10:29 (UTC +04:00)

"APA-Economics"in məlumatına görə, bu barədə energetika naziri Natiq Əliyevin “Respublika” qəzetində dərc olunan məqaləsində bildirilir.

Nazir qeyd edib ki, hasil olunan neftin 6 mln. 214,6 min tonu SOCAR-ın (6,6 min proqnozdan çox), 23 mln. 533,7 min tonu “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun (AÇG) (871 min ton proqnozdan çox), 1 mln. 661,2 min tonu isə “Şahdəniz”in (90,2 min ton proqnozdan çox) payına düşüb.

Məqalədə bildirilir ki, xam neft 25 mln. 596,8 min ton proqnoza qarşı 26 mln. 473,9 min ton həcmində ixrac olunub ki, bu da proqnozdan 887,1 min ton çoxdur: "SOCAR üzrə xam neftin emalı 4 milyon 807,5 min ton proqnoza qarşı 4 milyon 855,1 min ton, proqnozdan 47,3 min ton çox olub".

Nazir bildirib ki, Bakı-Tbilisi-Ceyhan (BTC) əsas-ixrac boru kəmərinin gündəlik ötürmə gücü hazırda 1,2 mln. bareldir və boru kəməri vasitəsilə hazırda əsasən AÇG neftindən və “Şahdəniz” kondensatından əlavə Türkmənistan və Qazaxıstan mənşəli neft də nəql olunur: “Hesabat dövrü ərzində respublikadan 26,4 milyon ton neft ixrac edilib ki, bunun da 25,1 milyon tonu Konsorsiumun, 1,3 milyon tonu SOCAR-ın payına düşür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR