Ədliyyə Nazirliyi: AXCP-nin qurultayla bağlı müraciəti araşdırılır

Ədliyyə Nazirliyi: AXCP-nin qurultayla bağlı müraciəti araşdırılır
# 20 oktyabr 2015 08:43 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sentyabrın 27-də keçirilən qurultayla bağlı müvafiq məlumatların dövlət reyestrinə daxil edilməsi ilə bağlı müraciəti Ədliyyə Nazirliyində araşdırılır.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sözügedən müraciətə baxılır və yaxın vaxtlarda cavab veriləcək.

Nazirlikdən bildirilib ki, Razi Nurullayevin AXCP adına keçirdiyi qurultayla bağlı müraciət Ədliyyə Nazirliyinə daxil olmayıb.

Xatırladaq ki, AXCP sədri Əli Kərimlinin sabiq müavini olan Razi Nurullayev əsl AXCP-nin onun rəhbərliyi ilə yarandığını bəyan edib və partiya üzvlərini öz ətrafında birləşməyə çağırıb. O, oktyabrın 18-də bu təşkilatın qurultayını keçirib və sədr seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR