Üzən məzənnə rejiminə keçiddən sonra manat ilk dəfə olaraq bahalaşıb

Üzən məzənnə rejiminə keçiddən sonra manat ilk dəfə olaraq bahalaşıb
# 12 yanvar 2016 14:07 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) sabaha olan dolların manata qarşı rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, yanvarın 13-ə USD/AZN rəsmi məzənnəsi 1,5682 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, bu günə olan USD/AZN məzənnəsi 1,5685 olub. Beləliklə, dollar manata qarşı 0,0003 manat və 0,02% zəifləyib.

Əlavə edək ki, AMB-nin İdarə Heyətinin ötən ilin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərardan sonra manat ilk dəfə olaraq dollara qarşı möhkəmlənib. Ötən ilin dekabrın 21-də USD/AZN məzənnəsi 1,55 olub və bundan sonra hər gün dollar möhkəmlənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR