Mərkəzi Bank valyuta hərracında iştirak edən bankların tələbini tam təmin edə bilməyib

Mərkəzi Bank valyuta hərracında iştirak edən bankların tələbini tam təmin edə bilməyib
# 24 fevral 2016 09:18 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib. Bu barədə "APA-Economics"ə Mərkəzi Bankdan məlumat verilib.

Mərkəzi Bank tərəfindən 30 mln. ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb. Hərracda iştirak edən 14 bank tərəfindən məcmu tələb 66,760 mln. ABŞ dolları təşkil etdiyindən, sifarişlər 44,9% təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR