Vladimir Putin amerikalı boksçu Roy Consa Rusiya vətəndaşlığı verib

Vladimir Putin amerikalı boksçu Roy Consa Rusiya vətəndaşlığı verib
# 12 sentyabr 2015 22:05 (UTC +04:00)

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, fərman Kremlin rəsmi saytında dərc olunub.

“1969-cu ilin yanvarın 16-da ABŞ-da anadan olmuş Cons Roy Levestanın Rusiya Federasiyasının vətəndaşlığına qəbul olunması haqqında ərizəsi təmin edilsin”, deyə fərmanda bildirilir.

Qeyd edək ki, Roy Cons bundan əvvəl onun vətəni ABŞ-dan Rusiyada daha çox qiymətləndirildiyini bildirib və Krıma səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə baş tutmuş görüşündə ona Rusiya vətəndaşlığının verilməsini xahiş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR