ADU-da Hindistan Konstitusiyasının qəbulunun ildönümü münasibəti ilə tədbir keçirilib

ADU-da Hindistan Konstitusiyasının qəbulunun ildönümü münasibəti ilə tədbir keçirilib
# 26 noyabr 2015 13:30 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Azərbaycan Dillər Universitetində Hindistan Konstitusiyasının qəbul edilməsinin 66-cı ildönümü münasibəti ilə tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana, Hindistan-Azərbaycan dostluq qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva, Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov, ADU nəzdində fəaliyyət göstərən Hind mərkəzinin nümayəndələri, Azərbaycan-Hindistan Assosiasiyasının üzvləri və universitetin müəllim-tələbə heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana Hindistan xalqının Konstitusiyanın qəbulu uğrunda apardığı mübarizədən bəhs edib. O, Mohatma Qandi başda olmaqla, azadlıq döyüşçülərinin əməyi nəticəsində qəbul edilən bu sənədin Hindistan xalqının tarixində mühüm əhəmiyyət malik olduğunu qeyd edib.

Sonra çıxış edən Hindistan-Azərbaycan dostluq qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva Hindistan xalqını Konstitusiya günü münasibətilə təbrik edib. Bir müddət öncə Hindistanda olduğunu deyən millət vəkili səfər çərçivəsində Hindistan parlamentinin üzvləri və ictimai-siyasi xadim Sonya Qandi ilə görüşdüklərini deyib. Deputat qeyd edib ki, Hindistan-Azərbaycan arasında münasibətlərin inkişafı üçün güclü potensial münasibət mövcuddur. Sonda o, iki ölkə rəhbərliyinin səyləri ilə ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

ADU tərkibində Hind mərkəzinin fəaliyyət göstərdiyini deyən universitetin fəaliyyətdə olan rektoru Vazeh Əsgərov isə mərkəzin uğurlu fəaliyyəti nəticəsində Azərbaycan-hind-rus-ingilis dillərində lüğətin çap edildiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR