Zakir Həsənov iranlı həmkarı ilə qoşunların təmas xəttində yaranmış gərginliyi müzakirə edib

Zakir Həsənov iranlı həmkarı ilə qoşunların təmas xəttində yaranmış gərginliyi müzakirə edib
# 03 aprel 2016 14:28 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Aprelin 3-də Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqan ilə qoşunların təmas xəttində yaranmış gərginliyi telefon vasitəsilə müzakirə ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, danışıqlar zamanı, general-mayor H.Dehqan İran İslam Respublikasının Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha qeyd edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qısa müddət ərzində beynəlxalq hüquq normaları əsasında həll olunacağına ümid etdiyini bildirib. O, İranın Azərbaycan tərəfinə münaqişənin həll olunması istiqamətində yardım və dəstəyini təklif edib.

General-polkovnik Zakir Həsənov dəstəyə görə minnətdarlığını ifadə edib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR