"Cənub Qaz Dəhlizi"nin səhmdarları 2 milyard dollar cəlb edəcək

"Cənub Qaz Dəhlizi"nin səhmdarları 2 milyard dollar cəlb edəcək
# 02 aprel 2016 10:04 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Cənub Qaz Dəhlizi" QSC-nin səhmdarları bu ilin sonuna qədər beynəlxalq maliyyə institutlarından 2 milyard dollar cəlb etməyi planlaşdırır.

"APA-Economics" xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Asiya İnkişaf Bankı (ADB) və başqa maliyyə institutları ilə danışıqlar aparılır: "Söhbət aşağı faizlər verilən kreditlərdən gedir. Kreditlər 20 il müddətinə cəlb olunacaq. Böyük ehtimalla, bu banklardan 2 milyard dollar cəlb olunacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR