Berlində Beynəlxalq Sülh Bürosunun dünya konqresi keçirilir

Berlində Beynəlxalq Sülh Bürosunun dünya konqresi keçirilir
# 01 oktyabr 2016 15:16 (UTC +04:00)

Bakı-APA. Berlində Beynəlxalq Sülh Bürosunun “Silahsızlaşdıraq! Sülh iqlimi naminə” şüarı altında dünya konqresi keçirilir.

Beynəlxalq Avrasiya Mətbuat Fondundan APA-ya verilən məlumata görə, dünyanın ən böyük beynəlxalq sülhə çağırış tədbirlərindən biri sayılan konqresin məqsədi münaqişələrin həlli yolları, sülhə çağırış, qlobal problemlərin birgə müzakirəsi və çıxış yolları tapmaqdır.

Tədbirə ən müxtəlif ölkələrdən Nobel mükafatçıları, alimlər, siyasətçilər, din adamları və sülh çağırışçısı olan ictimai xadimləri qatılıb. Tədbirə bütünlükdə 1000-ə yaxın nümayəndə qatılıb.

Azərbaycanı tədbirdə Beynəlxalq Sülh Bürosunun Ali Şurasının üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev təmsil edir. O, tədbir çərçivəsində bir sıra görüşlər keçirib, danışıqlar aparacaq. Konqres zamanı U. Mirzəyev Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın sülh danışıqlarındakı mövqeyi haqqında tədbir iştirakçılarına məlumat verəcək.

Tədbir oktyabrın 3-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR