Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 21 Noyabr

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 21 Noyabr
# 21 noyabr 2015 17:00 (UTC +04:00)
GÜNÜN ŞƏRHİ

Türkmənlər əsrlərlə Yaxın Şərq coğrafiyasında mövcud olmuş türk hökmranlığının nişanələridir. Ortadoğuda toplu şəkildə yaşayan bu başıbəlalı türk qövmü İraqda əvvəl Səddamın, sonra kürdlərin, Suriyada əvvəl Əsədin, sonra İŞİD-in əsas hədəfi olub. Türkmənlərə hər zaman Səddama, Əsədə, bölgənin digər diktatorlarına qarşı təşkilatlandırıla biləcək qüvvə kimi baxılıb, amma hər zaman da bu fikirdən vaz keçilib. Kərkükdə, Tuzhurmatıda, Hələbdə türkmənlər qətliyama məruz qalıb, amma torpaqlarını qoyub heç Türkiyəyə belə sığınmayıblar. Bayır-Bucaq türkmənləri yaşadıqları torpağa tarixləri, mədəniyyətləri ilə bağlı olduqlarından qaçmağa deyil, onu qorumağa üstünlük veriblər. Onlar bu illər ərzində torpaqlarını həm Əsəddən, həm PKK-dan, həm İŞİD-dən, həm digər terror təşkilatlarından qoruyublar. Bu şanlı tarix Tükməndağında başa çatdı, amma şərəflə! Suriyada türkmən varlığına onların elə din qardaşları - İran, Hizbullah, Əsəd son qoydu. Və 25 min türkmən - əliyalın qaca, qadın, uşaq şərəflə ölümü gözləyir. Onların bu qətliyamdan kimsənin qurtarmayacağını qəbul edərək şərəflə ölümə doğru gedirlər. Türkməndağında eyni tarixi, mədəniyyəti, dini, dili bölüşdüyümüz 25 min qardaşımız öldürüləcək, qadınlar kölə ediləcək. Heç kəsdən buna görə hesab sorulmayacaq, kimsə "Facebook" profilində Bayır-Bucaq türkmənlərinin bayrağını paylaşmayacaq. Çünki heç kimin onlardan umacağı yoxdur. Elə onların da... İstədikləri şey ayaqlarının altındadır, umacaqları tək qoruduqları, babalarından miras qalmış torpaqdır, onlara sahib çıxacaq tək nəsnə - torpaq!
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR