Külli miqdarda xarici valyutanın qaçaqmalçılıq yolu ilə Azərbaycandan çıxarılmasının qarşısı alınıb

Külli miqdarda xarici valyutanın qaçaqmalçılıq yolu ilə Azərbaycandan çıxarılmasının qarşısı alınıb
# 01 iyun 2016 09:22 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda valyutanın qaçaqmalçılıq yolu ilə ölkə ərazisindən çıxarılmasının qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, idarəyə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyutanın qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılması barədə əməliyyat məlumatı daxil olub.

Əməliyyat məlumatına əsasən Bakı-Dubay aviareysi ilə gedən sərnişin, Azərbaycan vətəndaşı gömrükçülər tərəfindən nəzarətə götürülüb. Gömrük və sərhəd nəzarətindən keçən Azərbaycan vətəndaşı gömrükçülər tərəfindən saxlanılaraq mütləq qaydada bəyan etməli olduğu mallar barədə şifahi sorğu-sual edilib. Həmin şəxsin qeyri-səmimi cavabları və hərəkətləri gömrükçülərdə şübhə doğurduğundan əl yükündə və üzərində müvafiq qanunvericiliyə uyğun olaraq təkrar yoxlama aparılıb.

Yoxlama zamanı həmin şəxsə məxsus bel çantasının cibindən bəyan etmədən gömrük sərhədindən keçirməyə cəhd göstərdiyi 396 ədəd hər biri 100 dolları nominalında, şəxsi yoxlama zamanı isə əynindəki şalvarın sağ cibindən 8 ədəd hər biri 100 dolları nominalında olmaqla cəmi 40 400 dolları aşkar edilərək hal şahidlərinin iştirakı ilə protokol əsasında götürülüb.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR