Yunanıstanda miqrantların sayı 32 minə yaxınlaşıb

Yunanıstanda miqrantların sayı 32 minə yaxınlaşıb
# 04 mart 2016 01:55 (UTC +04:00)

Bakı-APA. Hazırda Yunanıstan ərazisində miqrantların sayı 32 minə yaxınlaşır.

APA-nın “Interfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Yunanıstan müdafiə nazirinin müavini Dimitris Vitsas bəyan edib.

“Qaçqınlardan 7 minə yaxını adalarda, 25 minə yaxını isə ölkənin kontinental hissəsində cəmləşib. Onlardan 12 minə yaxını isə Yunanıstan-Makedoniya sərhədindədir”, deyə D.Vitsas bildirib.

Martın 4-də Yunanıstanın baş naziri Aleksis Tsipras ölkədə miqrant böhranın həllinə dair tədbirlər planını açıqlayacaq.

Qeyd edək ki, son 10 gün ərzində Avropa İttifaqı sərhədlərində tətbiq edilən məhdudiyyətlərlə əlaqədar Yunanıstandan Makedoniyaya cəmi 1200 miqrant keçə bilib.

.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR