DSMF-yə vətəndaşlardan daxil olan müraciətlərin sayı 23% azalıb

DSMF-yə vətəndaşlardan daxil olan müraciətlərin sayı 23% azalıb
# 24 iyul 2015 07:49 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Dövlət Sosial Müdafiə Fondunda vətəndaşlarla işin səmərəliliyinin daha da artırılması, fəaliyyətinin avtomatlaşdırılması və maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində cari ilin I yarısında fondun aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23% azalıb.

APA-Economics” xəbər verir ki, bunu fondun sədri Elman Mehdiyev “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın Dövlət Sosial Müdafiə Fondunda icrası nəticələrini media nümayəndələrinə şərh edərkən bildirib. O, həmçinin qeyd edib ki, müraciətlərin 18,8%-i bilavasitə pensiya və müavinətlərin hesablanması, 16,2%-i pensiya və müavinətlərin təyinatı, 9,9%-i pensiya və müavinətlərin ödənişi məsələləri ilə bağlı olub.

Müraciətlərin 8,4%-ni məcburi dövlət sosial sığortasına, 2,5%-ni sosial sığorta şəhadətnaməsinin verilməsinə dair sorğular əhatə edib. Müraciətlərin 44,2%-i isə digər məsələlərə aid olub.

Hesabat dövründə vətəndaşlardan, hüquqi və fiziki şəxslərdən daxil olan sorğuların, ərizə və şikayətlərin vaxtında və operativ şəkildə cavablandırılması işləri davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR