Bank Of Baku

Pakistanda “Delta” ştammına yoluxan 106 yaşlı qadın sağalıb

Karaçi xəstəxanası

© APA | Karaçi xəstəxanası

# 07 avqust 2021 06:12 (UTC +04:00)

Pakistanda koronavirusun “Delta” ştammına yoluxan 106 yaşlı Hasin Bibi sağalıb.

APA “ARY News” telekanalına istinadən xəbər verir ki, Karaçi xəstəxanasında müalicə olunan yaşlı qadın artıq evə buraxılıb.

Həkimlər bu münasibətlə tort kəsərək qadının ailəsini təbrik ediblər.

Qeyd edək ki, koronavirusun “Delta” ştammı (B.1.617) ilk dəfə Hindistanda 2020-ci ilin oktyabr ayında aşkarlanıb. Müxtəlif ölkələrdə ştammın 3 fərqli mutasiya edən variantları (B.1.617.1, B.1.617.2  və B.1.617.3) mövcuddur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR