Aralıq dənizinin Türkiyə sahillərində qanunsuz mühacirləri daşıyan qayıq batıb.
APA-nın “Milliyyət” qəzetinə istinadən məlumatına görə, hadisə Muğla vilayətinin Fəthiyə rayonunun baş verib.
15 nəfər qanunsuz mühaciri daşıyan qayığın batması ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Dərhal aidiyyəti üzrə axtarış və xilasetmə işlərinə başlanılıb.
Axtarış nəticəsində 3-ü qadın olmaqla, 8 mühacirin meyitləri sudan çıxarılıb. Digərlərin isə axtarışı davam etdirilir. Ölənlərin kimliyi barədə məlumat verilməyib.